Derbidə qalib müəyyənləşmədi
Bu gün Türkiyə Super Liqasında 5-ci turun növbəti görüşləri keçiriləcək. SportLine.az xəbər verir ki, diqqətlər, əsasən, İstanbula yönələcək. Mövsümün ilk derbisində "Beşiktaş" "Qalatasaray"ı qəbul edəcək.
Eyni xala sahib əzəli rəqiblərin bu dəfəki dueli də gərgin mübarizə vəd edir. "Qara qartal" doğma meydanda favorit hesab olunsa da, "sarı-qırmızılar", ən azından, məğlub olmamağa çalışacaqlar.
24 sentyabr 2016
Türkiyə Super Liqası, 5-ci tur
"Beşiktaş" - "Qalatasaray" - 2:2
QOLLAR: Eren Derdiyok, 8 (0:1); Bruma, 44 (0:2); Marselo, 73 (1:2); Cenk Tosun, 78 (2:2)