"Beşiktaş"da koronavirus şoku

"Beşiktaş"da koronavirus infeksiyasına kütləvi yoluxma aşkarlanıb.

Sportline.az xəbər verir ki, bu haqda İstanbul təmsilçisinin rəsmi saytında məlumat yer alıb. Klub 5 oyunçusunun testinin pozitiv çıxdığını açıqlayıb. "Ağ-qaralar” həmin futbolçulardan ikisinin hazırda yığma komandalarının düşərgəsində olduğunu bildirib. Digər 3 nəfərdən biri isə heyətdən kənarda qalan futbolçudur.

"Beşiktaş”ın bir müddət əvvəl də 3 futbolçusu koronavirusa yoluxmuşdu.