"Beşiktaş"ın keçmiş futbolçusu 40 yaşında komandaya qayıtmaq istəyir
"Beşiktaş" klubunu keçmiş futbolçusu Rikardo Quareşma yenidən komandaya qayıtmaq istədiyini bildirib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 40 yaşlı təcrübəli cinah hücumçusu karyerasını "Beşiktaş"da aktiv futbolçu olaraq bitirmək istədiyini deyib.
Rikardo Quareşma açıqlamasında :"Karyeraımı yaşıl meydanlarda başa vurmaq istəyirəm. Gözləyək və nə baş verəcəyini görək. Mən hələ karyeramı bitirməmişəm",-deyib.
Qeyd edək ki, Rikardo Quareşma karyerası ərzində 681 matçda 112 qol, 166 asistlə yadda qalıb.