"Beşiktaş"ın yeni baş məşqçisi Ciovanni Van Bronkhorstun təqdimat mərasimi keçirilib

"Beşiktaş" niderlandlı baş məşqçi Ciovanni Van Bronkhorst üçün imza mərasimi keçirib.

Sportline.az xəbər verir ki, 49 yaşlı çalışdırıcı ilə 2+1 illik müqavilə imzalanıb.

Van Bronkhorst mətbuata verdiyi açıqlamada tək hədəflərinin çempionluq olduğunu bildirib.

Qeyd edək ki, təcrübəli mütəxəssisi daha əvvəl "Feynoord" və "Reyncers" klublarını çalışdırıb.