"Beşiktaş"ın yeni transferi Qabriel Paulistanın məvacibi bəlli olub

"Beşiktaş" "Atletiko Madrid"dən heyətinə qatdığı müdafiəçi Qabriel Paulista ilə 3 illik müqavilə imzalayıb.

Sportline.az Trtspor.com-a istinadla xəbər verir ki, braziliyalı oyunçuya 2024/2025 və 2025/2026 mövsümü üçün 2.120.000 avro, 2026/2027 mövsümü üçün isə 2.110.100 avro məbləğ ödəniləcək.

 Xəbərdə əlavə olaraq futbolçuya 1 milyon avro imza məbləği ödəniləcəyi bildirilir.

Qeyd edək ki, 33 yaşlı müdafiəçi ötən mövsüm "Atletiko Madrid"in heyətində 24 oyunda meydanda olub.