"Betis"dən "Lion"a
"Olimpik Lion" "Real Betis"in braziliyalı oyunçusu Abner Vinisiusu transfer etdiyini açıqlayıb.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 24 yaşlı sol cihan müdafiəçisi ilə 2029-cu ilə qədər müqavilə imzalanıb.
Fransa klubu bu transfer üçün qarşı tərəfə 8 milyon avro ödəyəcək və "Betis" oyunçunun sonrakı satışından 20% pay qazanacaq.
2023-cü ildən İspaniya klubundan çıxış edən Vinisius bu müddət ərzində 45 oyuna çıxıb.
Qeyd edək ki, Abner Vinisius Braziliya milli komandası ilə Tokio Olimpiadasında qızıl medal qazanıb