Beynəlxalq Boks Assosiasiyası azərbaycanlı hakimdən imtina etdi
Beynəlxalq Boks Assosiasiyası (AİBA) 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çalışmış bütün hakimlərlə əməkdaşlığa son qoyub.
"Report" TASS-a istinadən xəbər verir ki, assosiasiya son olimpiadada iştirak edən 36 hakimdən imtina edib. Onlardan biri Azərbaycanı təmsil etmiş Rövşən Hüseynovdur. Hakimlərin hansı müddətə yarışlardan kənarlaşdırıldığı məlum deyil.
Qeyd edək ki, AİBA "Rio-2016"dakı hakimlikdən narazı qalıb. Bundan sonra hakim təyinatlarına cavabdeh olan Kərim Buzidi vəzifəsindən kənarlaşdırılıb.