“Bizə nəticədən çox, oyunçuları qorumaq lazım idi”
“Çətin oyun oldu. “Neftçi”ni qələbə münasibəti ilə təbrik edirəm”. SportLine.az xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Neftçi” ilə görüşdən sonra deyib.
Məğlubiyyətə hazır olduqlarını deyən mütəxəssis, “Futbolçularımın vəziyyəti məni narahat edirdi.Onlar, həm fiziki, həm də psixoloji cəhətdən yorğun idilər. Buna baxmayaraq, normal oynadılar və bir neçə qol epizodu yaratdılar”, - deyə bildirib.
Əsas heyətin bir neçə üzvünü start heyətində meydana buraxmamasının səbəbini isə Qurbanov belə izah edib: “Onlar bir neçə gün əvvəl “Tottenhem”lə matçda meydana çıxmışdılar. Bərpa olunmağa vaxt lazım idi. Buna görə, onları qorumaq qərarına gəlmişdik. Bizə bu oyunda nəticədən çox, futbolçuları qorumaq lazım idi”.