Boksçularımız daha bir sınaq qarşısında

Bu gün İstanbulda Əhmət Comərt boks turniri start götürüb.

Sportline.az xəbər verir ki, 5 gün davam edəcək ənənəvi yarışa Azərbaycan millisi də qatılıb.

Turnirdə məşqçi Oqtay İbrahimovun rəhbərliyi altında 4 boksçumuz - Maqsud Xasmetov (52 kq), Cəbrayıl Yelekov (81 kq), Osnay Benkomo (91 kq) və Sadiq Səmədov (91 kq-dan yuxarı) mübarizə aparır.

Turnirin ilk 2 günündə təsnifat görüşləri, yanvarın 16-da 1/4 final qarşılaşmaları baş tutacaq. Ertəsi gün yarımfinal döyüşləri təşkil olunacaq. Yanvarın 18-də isə qaliblərin adları müəyyənləşəcək.

Yarışda Emil Qurbanəliyev ədaləti qoruyan hakimlər sırasında yer alıb.

Qeyd edək ki, komandamız Vətənə yanvarın 19-da qayıdacaq.