Boksçularımız Vilnüs rinqində

Litvanın paytaxtı Vilnüsdə gənc boksçular arasında Dan Poznyakın xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnir keçiriləcək. 

Sportline.az xəbər verir ki, martın 20-də başlanacaq yarış 13-cü dəfə keçiriləcək. 20-dən artıq ölkənin iştirak edəcəyi turnirə Azərbaycan millisi də qatılacaq. 

Komandamızın baş məşqçisi Vaqif Şirinov turnirdə Maqsud Xasmətov (49 kq), Həsən İbrahimov (52 kq), Nəbi İsgəndərov (56 kq), Nurlan Səfərov (60 kq), Səbuhi Abışov (64 kq), Nicat Həsənov (69 kq), Məhəmməd Yusifov (75 kq), Zaur Musayev (81 kq), İsmayıl Yaqubov (91 kq) və Vüqar Səmədova (+91 kq) şans verəcək. Martın 25-dək davam edən yarış Avropa birinciliyinə hazırlıq məqsədi daşıyacaq. 

 

Qeyd edək ki, səfərə bu gün yollanacaq boksçularımız martın 25-də Vətənə dönəcəklər.