Boksçularımızdan 1 qızıl, 1 bürünc medal
Boksçularımız daha bir turnirdə uğurla çıxış ediblər.
Sportline.az xəbər verir ki, Çexiyada keçirilən Usti-nad-Labem Qran-prisinə 4 idmançı ilə qatılan Azərbaycan seçməsi 1 qızıl və 1 bürünc medal qazanıb.
Vaqif Şirinovun baş məşqçi olduğu komandadan Lorenso Sotomayor (69 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. "Rio-2016" Yay Olimpiya Oyunlarının gümüş medalçısı finalda norveçli Hadi Srurla döyüşdən qalib ayrılıb.
Digər medalı isə Alfonso Dominges (81 kq) qazanıb. O, yarımfinalda kubalı olimpiya və 4 qat dünya çempionu Xulio Sesar La Krusa məğlub olduğundan bürünc medalla kifayətlənməli olub.