Boksçularımızdan 19 medal
Naxçıvanda yeniyetmə oğlan boksçular arasında keçirilən “Heydər Əliyev kuboku-2017” beynəlxalq turniri başa çatıb. Azərbaycan Boks Federasiyasından SportLine.az saytına verilən məlumata görə, 4 gün davam edən yarışda bu gün baş tutan final görüşlərindən sonra bütün mükafatçıların adına aydınlıq gəlib.
Turnirə 2 komanda ilə qatılan yığmamız 4 qızıl, 5 gümüş və 10 bürünc medal qazanıb. Komanda hesabında millimizi Qazaxıstan izləyib. Onlar Naxçıvanda 4 qızıl və 5 bürünc medala yiyələniblər.
İran yığmasının mükafat qazanmadığı turnirdə Özbəkistan (3 qızıl, 1 gümüş, 2 bürünc), Gürcüstan (1-4-1) və Ukrayna (0-1-5) 6, Qırğızıstan 4 (1-0-3), Macarıstanla (0-1-0) Rusiya hərəyə 1 (0-1-0) medala sahib olub.
Mükafatçıların tam siyahısını təqdim edirik:
46 kq
1. Maqsud Xasmetov (Azərbaycan-1)
2. Luka Kublaşvili (Gürcüstan)
3. Balaman Maksimov (Qırğızıstan)
3. Akiklbek Muxtarov (Qazaxıstan)
48 kq
1. Rüfət Fətullayev (Azərbaycan-1)
2. Avdey Çarenko (Rusiya)
3. Sənan Əhmədov (Azərbaycan-1)
3. Eltac Cəfərzadə (Azərbaycan-1)
50 kq
1. Amid İbodullayev (Özbəkistan)
2. Eldar Qoqlaşvili (Gürcüstan)
3. Kənan Abışov (Azərbaycan-1)
3. Kənan Səfiyev (Azərbaycan-2)
52 kq
1. Mamuka Abulzade (Gürcüstan)
2. Əzrək Bəbirov (Azərbaycan-1)
3. Əhməd Rzayev (Azərbaycan-2)
3. Biybaris Ceksen (Qazaxıstan)
54 kq
1. Aytcan Aşirxan (Qazaxıstan)
2. Ağasəlim Mustafazadə (Azərbaycan-1)
3. Rəşid Həsənov (Azərbaycan-1)
3. Hayrullo Alimatov (Özbəkistan)
57 kq
1. Elşən Cəbizadə (Azərbaycan-1)
2. Yavlonbek Yuldaşov (Özbəkistan)
3. Maksim Cubeylo (Ukrayna)
3. Qoqa Tsosonova (Gürcüstan)
60 kq
1. Nuradin Rustambek (Qırğızıstan)
2. Lado Lomaya (Gürcüstan)
3. Samir Nəsirov (Azərbaycan-1)
3. Yuri Zaxareyev (Ukrayna)
63 kq
1. Azamat Bektaş (Qazaxıstan)
2. İbrahim Cəfərzadə (Azərbaycan-1)
3. Səlim Səlimov (Azərbaycan-1)
3. Umar Kubaniçbek (Qırğızıstan)
66 kq
1. Rüfət Nəbiyev (Azərbaycan-1)
2. Mikola Kovalenko (Ukrayna)
3. Bekbolat Abdukerim (Qazaxıstan)
3. Dastan Onolbekov (Qırğızıstan)
70 kq
1. Erasil Yokpekov (Qazaxıstan)
2. Cavid Qurbanov (Azərbaycan-1)
3. Yusif Allahverdiyev (Azərbaycan-2)
3. Maksim Kofan (Ukrayna)
75 kq
1. Madiyar Rejepov (Özbəkistan)
2. David Kojian (Macarıstan)
3. Maksut Kuandik (Qazaxıstan)
3. Murad Allahverdiyev (Azərbaycan-1)
80 kq
1. Saqındık Tokalebay (Qazaxıstan)
2. İosif Çuniaşvili (Gürcüstan)
3. Cəsur Yuldaşev (Özbəkistan)
3. Petro Bandusyak (Ukrayna)
+80 kq
1. Şaxura Almatov (Özbəkistan)
2. Vüqar Səmədov (Azərbaycan-1)
3. Arnur Axmetcanov (Qazaxıstan)
3. Dmitro Borduq (Ukrayna)