Boksçularımızdan bürünc medal
Azərbaycanın 2 boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Sportline.az xəbər verir ki, finala vəsiqə uğrunda Nicat Hüseynov və Kamil Babayev qüvvəsini sınayıb.
51 kq-da mübarizə aparan Hüseynov üçüncü sınağında rusiyalı Ruslan Pirovla üz-üzə gəlib. Gərgin keçən görüş rəqibin qələbəsi ilə yekunlaşıb. 54 kq-dakı Babayev isə gürcüstanlı Giorgi Sajaya ilə dueldən məğlub ayrılıb.
Nəticədə hər iki boksçu Avropa çempionatını bürünc medalla başa vurub.
Qeyd edək ki, final görüşləri oktyabrın 23-də keçiriləcək.