Boksçularımızdan uğurlu start
Sankt-Peterburqda gənc boksçular arasında dünya birinciliyi start götürüb. SportLine.az xəbər verir ki, ilk gündə iki boksçumuz rinqə çıxıb.
Təmsilçilərimizdən Ramazan Abdullayev (56 kq) Yordan Kamaço (İspaniya) ilə üzə gəlib. Gərgin keçən qarşılaşma həmyerlimizin çətin qələbəsi ilə yekunlaşıb – 3:2 (30:27, 30:27, 28:29, 28:29, 29:28). O, 1/16 finalda puerto-rikalı Xavier Aponte ilə döyüşəcək. Görüş sabaha planlaşdırılıb.
Məhəmməd Abdullayev (+91 kq) də etimadı doğruldub. İdmançımız litvalı Marek Korolkovu 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, 1/8 finalda Şihi Kevinlə (İrlandiya) qüvvəsini sınayacaq. Döyüş noyabrın 22-də baş tutacaq.
Bu gün isə “Sibur Arena”da daha 3 təmsilçimiz gücünü yoxlayacaq. Ruslan Rüstəmov (52 kq) Sebastian Arbuzu (Rumıniya), Bəxtiyar Qazabəyov (64) Bəhruz Rəhmanovu (Özbəkistan) və Elxan Əliyev (81 kq) Reyal Purini (Hindistan) sınağa çəkəcək.
Qeyd edək ki, seçməmiz mundialda 11 çəkidən 10-da təmsil olunur.