Boksçularımızın rəqibləri bəlli oldu
Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin püşkü atılıb. 40 ölkədən 350 idmançının qatılacağı yarışda Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri bəlli olub.
Sportline.az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, yarışda Tokio-2020 Yay Olimpiya Oyunlarına 77 lisenziya öz sahibini tapacaq. Bunlardan 50-si kişi boksçuların, 27-si qadın idmançıların payına düşəcək.
Qeyd edək ki, martın 14-də start götürəcək turnir ayın 24-də başa çatacaq.
Kişilər
14 mart
1/32 final
75 kq
Kamran Şahsuvarlı – Edin Avdiç (Avstriya)
1/16 final
57 kq
Tayfur Əliyev – Bişara Sabbar (İsrail)
15 mart
1/16 final
63 kq
Cavid Çələbiyev – Kiril Rusinov (Bolqarıstan)
91 kq
Rauf Rəhimov – Mücahit İlyas (Türkiyə)
16 mart
1/16 final
69 kq
Lorenzo Sotomayor – Dmitri Qalaqot (Moldova)
1/8 final
52 kq
Rüfət Hüseynov – Kosmin-Petre Girleanu (Rumıniya)
17 mart
1/8 final
81 kq
Alfonso Dominqes – İbrahim Bazuyev (Almaniya)/Stefan Hrekul (Ukrayna)
18 mart
1/8 final
+91 kq
Məhəmməd Abdullayev – Adam Kulik (Polşa)
Qadınlar
1/16 final
14 mart
51 kq
Anaxanım Ağayeva – Tatyana Kob (Ukrayna)
17 mart
1/8 final
57 kq
Məhsəti Həmzəyeva – Aycan Güldağı (Türkiyə) / Cenefer Fernandes (İspaniya)
75 kq
Aynur Rzayeva – Yelizaveta Vojçik (Polşa)