Boksçumuz dünya çempionatında qələbə qazandı

Serbiyanın paytaxtı Belqraddakı boks üzrə dünya çempionatı davam edir.

Sportline.az xəbər verir ki, Azərbaycanın daha bir idmançısı mübarizəyə başlayıb. 86 kq-da çıxış edən Alfonso Dominges 1/16 finalda AIBA bayrağı altında yarışan Tavfiqulla Suleymani ilə qarşılaşıb.

İlk raundda rəqibini 2 dəfə noqdauna salan Kuba əsilli idmançı yekunda 5:0 hesablı qələbə qazanaraq, 1/8 finala yüksəlib.

Qeyd edək ki, bunadək Azərbaycan boksçularından Məsud Yusifzadə (51 kq) və Malik Həsənov (63,5 kq) ilk görüşlərini qələbə ilə başa vurublar. Ümid Rüstəmov (57 kq) və Rauf Rəhimov (92 kq) isə uduzaraq yarışla vidalaşıblar.