Boksçumuzun ilk rəqibi müəyyənləşdi

Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında, seçmə komandamızın üzvü Alfonso Domingesin ilk rəqibi məlum olub.

Sportline.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparacaq idmançı, 1/16 finalda Qazimaqomed Calidovla (İspaniya) üz-üzə gələcək.

Avropa çempionumuzun rəqibi 1/32 final döyüşündə müəyyənləşib. Aleksandar Markoviçə (Serbiya) ilk raundda qalib gələn ispaniyalı ilk mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib.

Alfonsonun Calidovla görüşü sentyabrın 15-də olacaq.