"Bolonya" - "Parma" matçında 5 qol

İtaliya A Seriyasında 36-cı turun son oyun günüdür.

Sportline.az xəbər verir ki, “Bolonya” – “Parma” matçının ilk hissəsində hesab açılmayıb. Azarkeşlər fasilədən sonra 5 qol izləyiblər.

Meydan sahiblərindən Rikkardo Orsolini 52-ci dəqiqədə sükutu pozub. Çox keçmədən fərq daha da artıb. Bu dəfə qonaq komandanın qolkiperi Luici Sepeyə dəyən top qapıdan keçib. 2-0. 72-ci dəqiqədə hesab 3:0 olub. Braziliyalı futbolçu Lyanko yerli azarkeşləri sevindirib. Hücumlarını gücləndirən “Kyevo”nun gücü yalnız 1 qola çatıb. 81-ci dəqiqədə Roberto İnklese fərqi 2-ə endirib. 1:3.

Son dəqiqələrdə ikinci avtoqol qeydə alınıb. Qonaqlardan Fransisko Syerralta rəqib komandanı sevindirib. 4:1 hesabıyla qalib gələn “Bolonya” 40 xalla 13-cü pillədə qərarlaşıb. Ondan 2 xal geridə olan “Parma” isə 15-ci yerdədir.