"Bordo" qalmaqalı davam edir

Fransa Milli Olimpiya və İdman Komitəsi "Bordo"nun apelyasiya şikayətini təmin edib. 

Sportline.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

Daha əvvəl klub maliyyə yoxlamasından keçə bilməyib və iyunun 14-də komanda ölkənin üçüncü güclü liqasına göndərilib. "Bordo" rəhbərliyi apellyasiya şikayəti verib, lakin rədd cavabı alıb. Buna görə də klub daha yüksək orqan -  Fransa Milli Olimpiya və İdman Komitəsinə  etiraz edib.

Nəticədə "Bordo" ölkənin ikinci ən güclü liqasında iştirak etmək icazəsi verilib. İndi Fransa Futbol Federasiyasının bu qərarı təsdiqləməsi zəruridir.