Braziliyalı futbolçu "Milan"da

"Milan" heyətinə daha bir futbolçu cəlb edib.

Sportline.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, "rassonyerlər" "Flamenqo"nun müdafiəçisi Leu Duarte ilə 5 illik müqavilə imzalayıb. İtalyanlar Braziliya klubuna 11 milyon avro ödəyib. 

Qeyd edək ki, indiyə qədər yalnız "Flamenqo"da çıxış edən 23 yaşlı futbolçu 60 oyuna çıxıb və 2 qol vurub.