Braziliyalı oyunçu "Milan"da

İtaliyanın "Milan" klubu növbəti transferini reallaşdırıb.

Sportline.az "Globo Esporte"yə istinadən xəbər verir ki, "qırmızı-qaralar" Braziliyanın "Flamenqo" klubunun müdafiəçisi Leo Duarteni transfer edib. Bu keçid üçün Milan təmsilçisi 11 milyon avro təzminat ödəyib. 23 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. Braziliyalı futbolçunun illik maaşı 1,2 milyon avro olacaq.

Transferin tezliklə rəsmən açıqlanacağı gözlənilir.