"Brentford" 18 yaşlı norveçli futbolçu üçün Belçika klubuna təklif göndərib

"Brentford" 18 yaşlı norveçli futbolçu üçün Belçika klubu ilə danışıqları yekunlaşdırıb. 

Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, İngiltərə klubu 18 yaşlı cinah hücumçu Antonio Nusa üçün "Brügge"yə 25 milyon funt sterlinq ödəyəcək. 

Belçika klubu müqavilə imzalamadan öncə "Brentford"la danışıqlarda futbolçunun əsas heyətdə yer alacağına dair razılıq əldə edib. 

Qeyd edək ki, Antonio Nusa bu mövsüm "Brügge" forması ilə çıxdığı 28 matçda 4 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.