Bundesliqa klubunda yeni baş məşqçi
"Auqsburq" yeni baş məşqçisini təqdim edib.
Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, bu, Cess Torupdur.
53 yaşlı mütəxəssis yeni işində 2025-ci ilə qədər fəaliyyət göstərəcək.
O, daha əvvəllər "Kopenhagen", "Genk", "Gent", "Midtullan", "Esbyerq" və Danimarkanın gənclərdən ibarət komandalarına rəhbərlik edib.