Çağlar Söyüncü "Fənərbağça"ya trasnfer olunmayacaq

"Atletiko Madrid" Çağlar Söyüncünün  "Fənərbağça"ya keçidinə icazə verməyib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Atletiko Madrid" klubunun icraçı direktoru Andrea Bareta "sarı-lacivərtlər"in Çağlar üçün uyğun komanda olmadığını bildirib. 

Adrea Bareta açıqlamsında :"Çağlar Söyüncü üçün Avropa klubları təklif göndəriblər. "Milan" və "Porto" klublarının təklifləri bizim üçün daha uyğundur",-deyib. 

Qeyd edək ki, daha öncə "Fənərbağça" rəsmilər Çağlar Söyüncü ilə şəxsi razılıq əldə etdiklərini bildirsələr də İspaniya klubu xəbəri yalanlayıb.