"Champions Chess Tour": Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başlayıb
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsinə qələbə ilə başlayıb.
Sportline.az xəbər verir ki, 37 yaşlı qrossmeyster final raundunun I turunda hindistanlı Rameşbabu Praqqnanandha ilə üz-üzə gəlib.
Məmmədyarov rəqibini 2,5:1,5 hesabı ilə üstələyib. Təcrübəli şahmatçı II turda polşalı Yan Kşiştof-Duda ilə qarşılaşacaq.
Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.