"Champions Chess Tour": Şəhriyar Məmmədyarov polşalı şahmatçıya uduzub
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsində növbəti görüşünü keçirib.
Sportline.az xəbər verir ki, 37 yaşlı qrossmeyster final raundunun II turunda polşalı Yan Kşiştof-Duda ilə üz-üzə gəlib.
Məmmədyarov rəqibinə 1,5:2,5 hesabı ilə uduzub. Təcrübəli şahmatçı III turda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.
O, hazırda 8 şahmatçı arasında 3 xalla 5-ci pillədə qərarlaşıb. İti zəka sahibi ilk turda hindistanlı Rameşbabu Praqqnanandhaya qalib gəlmişdi - 2,5:1,5.
Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.