Çempionlar Liqası: Emreli meydana çıxmayacaq

"Dinamo"da (Zaqreb) çıxış edən millimizin üzvü Mahir Emreli Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şkupi" (Şimali Makedoniya) ilə matçı buraxacaq.

Sportline.az xəbər verir ki, bu barədə Xorvatiya klubunun baş məşqçisi Ante Çaçiç oyun öncəsi keçirilən mətbuat konfransında bildirib. O, 25 yaşlı hücumçunun zədə səbəbindən sözügedən görüşü buraxacağını deyib.

Qeyd edək ki, bu gün keçiriləcək "Dinamo" - "Şkupi" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, M.Emreli zədə səbəbindən Xorvatiya Superkubokunu və Xorvatiya çempionatının ilk oyununu buraxıb.