Çempionlar Liqası: "Fənərbağça"dan heç-heçə, "Ferentsvaroş" məğlub oldu
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
Sportline.az xəbər verir ki, son oyun günündə 5 qarşılaşma baş tutub.
"Qarabağ"ın növbəti raunddakı potensial rəqiblərindən olan "Ferentsvaroş" Macarıstanda Slovakiyanın "Slovan" (Bratislava) kollektivini sınağa çəkib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı meydan sahibləri açsalar da, üstünlüklərini qoruyub saxlaya bilməyiblər.
Türkiyə təmsilçisi "Fənərbağça" Polşada Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib.
HİK Finlandiyada Çexiyanın "Viktoriya" (Plzen) komandasına 1:2 hesabı ilə uduzub. "Makkabi" (Hayfa) isə İsraildə Yunanıstan "Olimpiakos"u ilə heç-heçə edib.
Nəhayət, günün sonuncu matçında Moldova "Şerif"i Sloveniyada "Maribor"la qolsuz sülhə razılaşıb.
Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyunlar
20:00. HİK (Finlandiya) - "Viktoriya" (Plzen, Çexiya) - 1:2
Qollar: Boyan Raduloviç, 50 - Tomaş Hori, 6 (pen.). Yan Kopits, 57
21:00. "Makkabi" (Hayfa, İsrail) - "Olimpiakos" (Yunanıstan) - 1:1
Qollar: Dolev Haziza, 90+2 - Filip Sinkernagel, 7
22:00. "Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya) - 1:2
Qollar: Kristoffer Zakariassen, 70 - Quram Kaşiya, 81. Tiqran Barseqyan, 86
22:00. "Dynamo" (Kiyev, Ukrayna) - "Fənərbağça" (Türkiyə) - 0:0
22:15. "Maribor" (Sloveniya) - "Şerif" (Moldova) - 0:0
Qeyd edək ki, bu mərhələnin cavab oyunları iyulun 26-sı və 27-də keçiriləcək.