Çempionlar Liqası: "Qarabağ" "Sürix"i məğlub etdi
"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.
Sportline.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda II təsnifat mərhələsinin ilk görüşündə Bakıda İsveçrə "Sürix"i ilə üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Qarşılaşmanı Irfan Peltonun başçılıq etdiyi Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək.
"Köhlən atlar"ın heyətində zədəli olan Qara Qarayev oyunu buraxacaq. Qonaqlarda isə itki yoxdur.
"Qarabağ" I təsnifat mərhələsində Polşa "Lex"ini iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb - 0:1;5:1. "Şürix" isə avrokuboklarda mübarizəyə bu mərhələdən başlayacaq.
19 iyul
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyun
20:00. "Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə) 3:2
Qollar: Kadi Borqes, 17 (1:0), İbrahima Vadji, 36 (2:0), Kamberi, 65 (2:1), İbrahima Vadji, 66 (3:1), Kryeziu, 85-pen. (3:2)
Baş hakim: Irfan Pelto (Bosniya və Herseqovina)
Tofiq Bəhramov adına Respublika stadionu.
Cavab oyunu iyulun 27-də keçiriləcək. "Sürix"i üstələyəcəyi təqdirdə, "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Əks halda, Azərbaycan təmsilçisi Avropa Liqasının eyni raundunda "Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç) cütünün məğlub komandası ilə görüşəcək.