Çempionlar Liqası: “Real” və “Bayer 04” məğlub olublar
UEFA Çempionlar Liqasının əsas mərhələsində IV tura start verilib və ilk oyun günündə 9 görüş keçirilib.
Sportline.az xəbər verir ki, İspaniyanın “Real” komandası doğma meydanda “Milan”la (İtaliya) qarşılaşıb.
Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İngiltərə təmsilçisi “Liverpul” isə Almaniyanın “Bayer 04” klubundan güclü olub - 4:0.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
IV tur
PSV (Niderland) - "Jirona" (İspaniya) 4:0
"Slovan" (Slovakiya) - "Dinamo" (Zaqreb, Xorvatiya) 1:4
"Real" (İspaniya) - "Milan" (İtaliya) 1:3
"Liverpul" (İngiltərə) - "Bayer 04" (Almaniya) 4:0
"Borussiya" (Dortmund, Almaniya) - "Şturm" (Avstriya) 1:0
"Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə) 4:1
"Lill" (Fransa) - "Yuventus" (İtaliya) 1:1
"Seltik" (Şotlandiya) - "Leyptsiq" (Almaniya) 3:1
"Bolonya" (İtaliya) - "Monako" (Fransa) 0:1
Qeyd edək ki, Liqa mərhələsində IV turun digər görüşləri noyabrın 6-da keçiriləcək.