Çexiya - Azərbaycan: hakimlər açıqlandı
DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində keçiriləcək Çexiya - Azərbaycan matçının hakimləri bəlli olub. SportLine.az xəbər verir ki, oyun Sloveniyadan olan hakimlər briqadasına həvalə edilib.
Qarşılaşmada əsas söz sahibi Matey Yuq olacaq. Ona Tomaş Klançnik və Manuel Vidali kömək edəcəklər.
Matçda 4-cü hakim funksiyasını Mitya Zqaneç yerinə yetirəcək.
Qeyd edək ki, Çexiya - Azərbaycan görüşü oktyabrın 11-i Ostrava şəhərində keçiriləcək.