Çikaldau Qalatasaraya qayıdıb
İcarə əsasında "Konyaspor"da çıxış edən rumıniyalı futbolçu Aleksandr Çikaldau "Qalatasaray"a geri dönüb.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 26 yaşlı müdafiəçinin Sarı-qırmızılarla daha 2 il müqaviləsi var.
Çikaldau bu mövsüm "Konyaspor" forması ilə çıxdığı 32 oyunda 1 qol vurub, 2 asist edib.
Qeyd edək ki, Rumıniya millisinə də dəvət alan futbolçu 2021-ci ildə "Kraiova" klubundan "Qalatasaray"a 6.5 milyon avro qarşılığında transfer olunub.