ÇL: "Real"dan geridönüş, "Yuventus" evdə uduzdu

UEFA Çempionlar Liqasında Liqa mərhələsində 3-cü tura start verilib.

Sportline.az xəbər verir ki, maraqlı görüşlərdən birində "Real" geridönüş etməyi bacarıb.

"Yuventus" isə "Ştutqart"la oyunda pərəstişkarlarını məyus edib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur

22 oktyabr

Milan (İtaliya) – Brügge (Belçika) 3:1
Qollar: K.Pulişiç, 34, T.Reynders, 61, 71 – K.Sabbe, 51

Monako (Fransa) – Srvena Zvezda (Serbiya) 5:1
Qollar: T.Minamino, 20, 70, B.Embolo, 45+4, V.Sinqo, 54, M.Akluçe, 90+6 – Ş.Ndiaye, 27

Arsenal (İngiltərə) – Şaxtyor (Donetsk, Ukrayna) 1:0
Qol: D.Risnik, 29 (avtoqol)

Aston Villa (İngiltərə) – Bolonya (İtaliya) 2:0
Qollar: C.Makqin, 55, C.Duran, 64

Jirona (İspaniya) – Slovan (Slovakiya) 2:0
Qollar: M.Qutierres, 42, Xuanpe, 73

Yuventus (İtaliya) – Ştutqart (Almaniya) 0:1
Qol: Ture, 90+2

PSJ (Fransa) – PSV (Niderland) 1:1
Qollar: A.Hakimi, 55 – N.Lanq, 34

Real (İspaniya) – Borussiya (Dortmund, Almaniya) 5:2
Qollar: A.Rüdiger, 60, V.Junior, 63, 86, 90 L.Vaskes, 84 – D.Malen, 30, B.Gittens, 34

Şturm (Avstriya) – Sportinq (Portuqaliya) 0:2
Qollar: N.Santos, 23, V.Qyökereş, 53