Coi Uorral Türkiyə klubundan ayrılacaq
Coi Uorral Türkiyə klubundan ayrılmaq istəyir.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 27 yaşlı mərkəz müdafiəçisi Coi Uorral "Nottinghem"ə geri dönmək istədiyini klub rəsmilərinə bildirib.
Bu mövsüm icarə əsasında "Beşiktaş" klubuna trasnfer olunan 27 yaşlı təcrübəli futbolçu cəmi 1 oyunda komandasına kömək edə bilib. Coi Uorral bu məsələdən narahat olduğu üçün komandadan ayrılmaq istədiyini deyib.
Qeyd edək ki, 27 yaşlı futbolçunun hazırki dəyəri 12 milyon avrodur.