Cordan Hendersonun ilk oyununa çıxacağı tarix bəlli olub
"Əl-İttifaq" klubundan "Ayaks"a trasnfer olunan ingiltərəli futbolçu ilk oyununa fevral ayından öncə çıxa bilməyəcək.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, təcrübəli futbolçu Niderlandda iş icazəsi ala bilmədiyi üçün komandasına kömək edə bilməyəcək.
"Ayaks" rəsmiləri futbolçun fevral ayından etibarən əsas heyətdə yaşıl meydanalara qayıdacağını bildiriblər.
Qeyd edək ki, Cordan Henderson "Ayaks" klubuna qış trasnfer pənəcərəsində keçib.