Cüdoçularımız Qran-Priyə uğurla başladılar

Çinin Çindao şəhərində Qran-Pri turnirinə start verilib. SportLine.az xəbər verir ki, yarışın ilk günü cüdoçularımız üçün uğurlu alınıb. 60 kq çəki dərəcəsində qüvvəsini sınayan İlqar Müşkiyevlə 66 kq-dək çəkidə bacarığını göstərən Nicat Şıxəlizadə qızıl medala layiq görülüb. Komandamızın digər üzvü Orxan Səfərov 60 kq çəki dərəcəsində mükafatçılar sırasından kənarda qalıb.

Xatırladaq ki, komandamız yarışa 11 idmançı ilə qatılıb.