Cüdoçularımızdan daha bir medal

Cənubi Koreyanın Jeju şəhərində cüdo üzrə "Qran-Pri" turniri davam edir. SportLine.az xəbər verir ki, yarışın 3-cü günündə Azərbaycan komandası aktivinə daha bir medal yazıdırıb. 100 kq çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov bürünc medala sahib çıxıb. Elmar 3-cü yer uğrunda görüşdə yaponiyalı Kensuke Sakamotonu üstələyib.

Qeyd edək ki, buna qədər daha iki cüdoçumuz - Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) fəxri kürsünün 3-cü pilləsinə qalxıb.