Cüdoçularımızdan uğurlu start

Cənubi Koreyanın Jeju şəhərində cüdo üzrə "Qran Pri" yarışı start götürüb. SportLine.az xəbər ki, turnirin ilk günündə 3 cüdoçumuz tatami üzərinə çıxıb. 

66 kq çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə zədə səbəbilə mübarizəni 1/4 finalda dayandırıb. 

Digər təmsilçilərimiz - Orxan Cəfərov və İlqar Müşkiyev isə bir-birinə rəqib olublar. 1/4 final mərhələsində üz-üzə gələn idmançılarımızdan Orxan sevinib. Lakin o, yarımfinalda monqolustanlı Boldbatar Hanbata uduzub. Nəticədə bürünc medal uğrunda görüşə çıxan 24 yaşlı cüdoçu venesuelalı Havyer Quedsə qalib gələrək, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Mükiyev isə ilk təsəlliverici görüşdə braziliyalı Erik Takabataka məğlub olaraq, 7-ci yerlə kifayətlənib.

Qeyd edək ki, Azərbaycan Cənubi Koreyaya 11 idmançı ilə yollanıb.