Cüdoçumuz qızıl medal qazandı
Tunisdə cüdo üzrə açıq Afrika kuboku yarışları davam edir.
SportLine.a AZƏRTAC-a istinadən xəbər verir ki, turnirin ilk günündə Azərbaycan millisi bir qızıl medal qazanıb.
Turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Vüqar Şirinli iordaniyalı Hait Salman və Səudiyyə Ərəbistanından olan Eys Majraşı mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib. Sloveniyalı Matyaj Trboviçi məğlub edən Vüqar Şirinli finalda Fransa cüdoçusu Sedrik Revol üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.