Daha 3 boksçumuz mərhələ adladı

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyi davam edir. SportLine.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin 3 idmançısı rinqə çıxıb.

Onların hər 3-ü döyüşünü qələbə ilə başa vurub. Belə ki, 60 kq çəki dərəcəsində qüvvəsini sınayan Nurlan Səfərov 1/16 final mərhələsi çərçivəsində Stefan Kirkorovla (Bolqarıstan) qarşılaşıb. Görüş təmsilçimizin 5:0 (30:25, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb. Səfərov 1/8 finalda rusiyalı Kaqir Minatullayevlə üz-üzə gələcək. Döyüş bu gün baş tutacaq.

Azərbaycan Boks Federasiyasının məlumatı