Daha bir boksçumuz Olimpiadaya lisenziya qazandı

Bakıda keçirilən boks üzrə Dünya Olimpiya Təsnifat Turnirində bu gün yarımfinal döyüşləri keçirilib. SportLine.az xəbər verir ki, yarış günündə daha iki boksçumuz rinqə çıxıb.

Həmyerlimiz Rüfət Hüseynov qələbə qazanaraq Rio lisenziyasına sahib çıxıb. Artıq bu hüquqa yiyələnən Teymur Məmmədov üçün formal xarakter daşıyan qarşılaşma keçirilmədən Olimpiya mükafatçımız qalib elan olunub.

Qeyd edək ki, yığmamızın digər üzvü Kamran Şahsuvarlı (75 kq) 1/4 finalda uduzsa da, lisenziya şansını qoruyur.