Daha bir boksçumuz Olimpiya lisenziyasına yiyələndi
Bakıda keçirilən boks üzrə olimpiya təsnifat turniri sona yaxınlaşır. SportLine.az xəbər verir ki, bu gün yarışın qalibləri müəyyənləşir. Axşam saatlarında 2 boksçumuz rinqə çıxacaq. 49 kq-dək çəki dərəcəsində Rüfət Hüseynovun rəqiqbi ispaniyalı Samuel Karmonadır.
81 kq-dək çəkidə mübarizə aparan Teymur Məmədov isə almaniyalı Serj Mixellə münasibətləri aydınlaşdıracaq. Hər iki idmançımız lisenziyaya layiq görülsə də, turniri qələbə ilə bitirmək niyyətindədir. Qeyd edək ki, 75 kq çəkidə yarışan Kamran Şahsuvarlının 4-dəbir finalda uduzduğu irlandiyalı Maykl Orili 1-ci yeri tutduğundan boksçumuz da olimpiya lisenziyasına yiyələnib.