Daha bir cüdoçumuz fəxri kürsüdə
Çində keçirilən Qran-pri turnirinin ikinci günündə 3 idmançımız tatamiyə çıxıb. SportLine.az xəbər verir ki, 81 kq çəkidəki cüdoçularımız Hüseyn Rəhimli ilk, Əbdülhəqq Rəsullu 3-cü görüşdə məğlubiyyətlə barışdığı halda Rüstəm Orucov ona bəsələnən etimadı doğruldub. 73 kq-dək çəki dərəcəsində yarışan cüdoçumuz startda İspaniya, ardınca Çin, Qazaxıstan və Belçika təmsilçilərinə qalib gələrək finala adlayıb. Lakin uğurun davamını gətirmək təmsilçimizə nəsib olmayıb. Yaponiyalı Soiçi Haşimoto ilə qarşılaşan Rüstəm gümüş medalla kifayətlənib.
Xatirladaq ki, yarışın ilk günündə Nicat Şıxəlizadə ilə İlqar Müşkiyev fəxri kürsünün birinci pilləsinə qalxıb