Daha iki legioner "Karvan-Yevlax"ı tərk etdi

Daha iki legioneri "Karvan-Yevlax"dan ayrılıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ruandalı hücumçu Joy Slayd Mickels və nigeriyalı yarımmüdafiəçi Qavi Thompson başa çatan müqaviləsini uzatmayıb. Hər iki oyunçu mövsümün əvvəlində komandaya qoşulmuşdu.

Xatırladaq ki, başa çatan mövsümdə Misli Premyer Liqasında sonuncu olan və elitanı tərk edən Yevlax təmsilçisini daha əvvəl Kayl Spens və Pedro Mateus da tərk edib.