Dani Alveş həbs müddətini azaltmaq üçün...
"Barselona"nın keçmiş futbolçusu Dani Alveş cinsi təcavüzə görə həbs müddətini mümkün qədər azaltmaq üçün İspaniya məhkəməsi ilə razılaşa bilər.
Sportline.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, bunun üçün braziliyalı zorlama işində günahını etiraf etməli və zərərçəkənə təzminat kimi bir məbləğdə pul ödəməlidir.
İyulun 30-da Barselona məhkəməsi 40 yaşlı futbolçuya qarşı kifayət qədər dəlil toplandığını nəzərə alaraq, Braziliya millisinin sabiq müdafiəçisini cinsi təcavüzdə ittiham edib. O, İspaniyada saxlanıldığı yanvarın 20-dən həbsdədir. Braziliyalını 4 ildən 12 ilə qədər həbs gözləyir.
Alveş özü ona qarşı irəli sürülən ittihamları rədd edib. Onun sözlərinə görə, qızla intim münasibət qarşılıqlı razılıq əsasında olub.