Dani Alveşin yeni klubu
"Barselona"dan ayrılan Dani Alveşin yeni klubu müəyyənləşib.
Sportline.az xəbər verir ki, 39 yaşlı müdafiəçi Meksikanın "Puma" klubuna keçib. Bu barədə klubun rəsmi Tvitter səhifəsi məlumat yayıb.
Alveşlə imzalanan müqavilənin detalları amıqlanmayıb.
Qeyd edək ki, braziliyalı futbolçu "Sevilya", "Yuventus", PSJ və "San Paulo"da da çıxış edib.