DÇ: Qələbə qazanan idmançımız erməni ilə qarşılaşacaq
Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı davam edir.
Sportline.az xəbər verir ki, mundialın ikinci gününün gündüz seansında Azərbaycan millisinin bir üzvü mübarizəyə qoşulub.
Malik Həsənov 1/32 finalda Xuan Reyes Donislə (Qvatemala) üz-üzə gəlib. 63,5 kq çəki dərəcəsində keçirilən görüş təmsilçimizin 5:0 (30:26, 30:26, 30:25, 30:26, 30:26) qələbəsi ilə yekunlaşıb.
Həsənov 1/16 finalda ilk görüşdən azad olan Ovannes Baçkovla (Ermənistan) qarşılaşacaq. Döyüş oktyabrın 30-da olacaq.
Bu gün axşam seansında boksçularımızdan Məsud Yusifzadə (51 kq) Enxmandağ Xarxuu (Monqolustan) ilə, Rauf Rəhimov (92 kq) Luis Uilliamsla (İngiltərə) döyüşəcək.