De Brüyne ayrılacaq

Kevin De Bruyne yay transfer pəncərəsi bağlanmadan “Napoli”ni tərk edə bilər.

Sportline.az xəbər verir ki, belçikalı yarımmüdafiəçinin klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir və müqavilədə 2028-ci ilə qədər uzatma opsiyası da mövcuddur. Lakin yayılan məlumatlara görə, yeni baş məşqçi Massimiliano Alleqri onu komandanın əsas planlarında vacib fiqur hesab etmir.

İnsayder Nikolo Şıkiranın məlumatına görə, hazırda De Bruyne “Napoli”də mövsümə görə 6,5 milyon avro əməkhaqqı alır.

Son günlər onun Türkiyə və Səudiyyə Ərəbistanı klublarının maraq dairəsində olduğu barədə də xəbərlər səslənir.

Banner