De Liqt "Yuventus"la müqavilə imzaladı

"Ayaks"ın kapitanı Matteys de Liqtin "Yuventus"a keçidi rəsmiləşib.

Sportline.az xəbər verir ki, 19 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün İtaliya təmsilçisinin 75 milyon avro təzminat ödəyəcəyi bildirilib.

Qeyd edək ki, de Liqt 2016-cı ildən Hollandiya klubunda oynayırdı.