Dembele karyerasını İngiltərədə davam etdirə bilər
"Paris Sen-Jermen"in fransalı futbolçusu Osman Dembele karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Arsenal", "Çelsi", "Liverpul" və "Mançester Yunayted" Dembelin xidmətində maraqlıdır.
27 yaşlı futbolçunun transfer qiyməti 75 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Dembele bu mövsüm çıxış etdiyi 43 matçda 32 qol 11 asistlə yadda qalıb.